525.Az

Səudiyyə Ərəbistanı və BƏƏ neft hasilatının artacağı ilə bağlı xəbərləri təkzib edib


 

Səudiyyə Ərəbistanı və BƏƏ neft hasilatının artacağı ilə bağlı xəbərləri təkzib edib<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu neft hasilatının artacağı ilə bağlı iddiaların doğru olmadığını bildirib.

525.az xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman, neft hasilatını artırmaq üçün OPEC+ üzvləri ilə danışıqlar apardığına dair xəbərləri təkzib edib. OPEC+ toplantılarından əvvəl qəbul ediləcək qərarların müzakirə edilmədiyini deyən energetika naziri gündəlik 2 milyon barellik azalmanın 2023-cü ilin sonuna qədər davam edəcəyini qeyd edib.

Nazir, həmçinin tələb-təklif balansını bərpa etmək lazım gələrsə, hasilatı daha da azalda biləcəklərini vurğulayıb. BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl əl-Mezrui də öz "Twitter" hesabında hasilatın artırılması ilə bağlı OPEC+ üzvləri ilə danışıqlar aparılmadığını bildirib. Mezrui bildirib ki, OPEC+ qrupunun hazırkı qərarı 2023-cü ilə qədər qüvvədədir və onlar neft bazarının sabitləşməsi üçün qəbul edilən istənilən qərardan asılı olacaq.

Qeyd edək ki, ABŞ-ın "Wall Street Journal" qəzeti OPEC+ qrupunun üzvlərinin gündəlik neft hasilatını 500 min barel artırmaq üçün danışıqlar apardığını iddia etmişdi.

Məhəmməd Tağıyev

 





22.11.2022    çap et  çap et