525.Az
Dəmir yolu stansiyasında yanğın olub
Atbulaq Dəmir Yolu Stansiyasının inzibati binasında yanğın baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 23-də saat 01.05-də Atbulaq Dəmir Yolu Stansiyasının inzibati binasında baş vermiş yanğın nəticəsində bütövlükdə yanar konstruksiyalar və binadakı əşyalar yanıb.
Qatarların hərəkəti 1 saat 10 dəqiqə müddətində dayanıb.
24.06.2014
çap et