525.Az

Türk milli maraqları və Türkiyə siyasəti


 

Türk milli maraqları və Türkiyə siyasəti<b style="color:red"></b>

11 sentyabr 2001-ci il hadisələri  əslində  özündən əvvəlki 20 il ərzində  beynəlxalq miqyaslı üç  qüvvə arasındakı  ziddiyyətlərin latent dövrünün başa çatdığını onların açıq qarşıdurma mərhələsinə qədəm qoyduğunu göstərirdi. Bir zamanlar çox əzəmətli məğlubedilməz görünən Əkiz qüllələrin çökməsindən dərhal sonra  genişlənən körfəz müharibəsi, az sonra Yaxın Şərqi daha sonra Şimali Afrikanı da bürüyən  müharibələrin  alovu bu əraziləri orada yaşayan xalqlarla birlikdə yandırıb kül edənədək sönənə oxşamır. Beynəlxalq  terrorizmin beynəlxalq imperializmə qarşı elan etdiyi açıq savaş eyni zamanda imperializmin milli avtoritarizmə, terrorizmin isə həm avtoritarizmə həm imperializmə qarşı apardığı müharibəyə  qovuşaraq hamının hamıya qarşı müharibəsinə çevrilib. Ayrı-ayrılıqda beynəlxalq imperializmi, milli avtoritarizmi   beynəlxalq terrorizmi təmsil edən qüvvələrin bir-biri ilə ölüm-dirim savaşına girdiyi Yaxın Şərq müharibəsi  bir dövlətin ərazisindən, siyasi, iqtisadi, geostrateji  s. maraqları çərşivəsindən çıxaraq  regional miqyas almış əslində hələlik o qədər böyük olmayan üçüncü dünya müharibəsinə çevrilib. Siyasi analitikada hələ "vətəndaş müharibəsi" adlandırılan Suriya müharibəsi  isə artıq çoxdan vətəndaş müharibəsi  olmaqdan çıxıb. Hadisələrin axarı açıq-aşkar göstərir ki, bu İran, Rusiya, ABŞ Avropa Birliyi kimi supergüclərin maraqlarının toqquşmasından doğan böyük bir partlayışdır. Region ölkələrində gedən aramsız müharibələr bu partlayışdan doğan qığılcımlar, bu savaşlarda ölən öldürən terror qruplaşmaları isə həmin supergüclərin aşıq ya gizli şəkildə maliyyələşdirdiyi, silahlandırdığı istiqamətləndirdiyi döyüş alətləridir. Hər bir tərəfin strateji məqsədlərinin məlum olduğu, taktiki gedişlərin isə tez-tez dəyişdiyi bir şəraitdə kimin kimə qarşı vuruşmasını zaman həll edir. Hər zamanın isə öz hökmü var. Dünənə qədər  Əsəd rejiminə qarşı döyüşən İŞİD qruplaşması Bəşər Əsədi qalib elan edən qondarma prezident seçkilərindən dərhal sonra  silahını qonşuluqda yerləşən İraqa qarşı yönəldir. Son 3 il ərzində həmsərhəd olduğu ölkədə gedən 150 mindən çox insanın həyatına son qoyan  amansız müharibənin mahiyyətini  hələ anlamayan İraq hökuməti isə qəflət yuxusundan ayılaraq  üç il əvvəl  ölkədən çıxarılmasını təkidlə tələb etdiyi Amerika qoşunlarını  yenidən köməyə səsləyir. Hadisələrin niyə bu qədər sürətlə kəskin şəkildə dəyişməsini anlamaq üçün  hər şeydən öncə hamıya məlum olan bir həqiqəti dərk etmək gərəkir. Bütün faciələrdə olduğu kimi, son 20 ildə beynəlxalq siyasət teatrının Yaxın Şərq səhnəsində oynanılan faciənin  öz qəhrəmanları, məğlubları qurbanları var. Hələlik mütləq qəhrəman ya mütləq qalib haqqında danışa bilməsək hər halda ABŞ -ın bu faciəni qalib   qəhrəman rolunda  başa vuracağını ehtimal etmək olar.

2-ci körfəz müharibəsində ABŞ-ın sayəsində Səddam rejiminə son qoyulması bu gün İraqı idarə edən qüvvələr üçün o zamanadək xəyallarına belə gətirə bilməyəcəkləri imkanlar açdı.  Səddam despotizmindən yenicə qurtulmuş ölkədə hakimiyyət  bir çox onilliklər ərzində milli - muxtariyyət hüququ uğrunda mücadilə aparan kürd hərbi birləşmələrinin əlinə keçdi. Az sonra ölkənin böyük bir hissəsində Kürdistan muxtariyyatı elan edən, əslində isə İraq daxilində mərkəzi hakimiyyətlə hesablaşmayan, de-fakto müstəqil Kürdistan dövləti  yaradan İraq hökuməti özünü qalib, ABŞ-ı isə işğalçı elan edərək  ABŞ qoşunlarından ölkəni tərk etməyi tələb etdi.  ABŞ-da  siyasi mötədilliyi ilə seçilən demokratların hakimiyyətə gəlməsi  İraq hakimiyyətinin arzusunun həyata keçməsini - ABŞ hərbçilərinin ölkəni tərk etməsini daha da tezləşdirdi. Lakin  qalibiyyət eyforiyasının şirinliyini dadmağa macal tapmamış  İŞİD terrorçuları  cəmi yarım gün ərzində ölkənin az qala yarısını işğal edə bildi. Bir qrup muzdlu silahlıların qarşısında aciz qalan İraq ordusu silah-sursatlarını ataraq öz mövqelərini qoyub qaçdılar. Ölkənin neftlə zəngin olan böyük  bir hissəsini  ildırım sürəti ilə ələ keçirən İŞİD-çilər qarşısında vahimə İraq hakimiyyətini təkidlə ölkədən çıxardığı ABŞ qarşısında diz çökməyə vadar etdi. Cəmi üç il öncə özünü qalibiyyət kürsüsündə hiss edən İraq hakimiyyətinin bu günkü miskin durumunu isə yalnız "biabırçı məğlubiyyət" adlandırmaq olar. Bu ironik vəziyyət 2-ci körfəz müharibəsindən az sonra qardaş Türkiyənin düşdüyü vəziyyəti xatırladır.

qədər acı olsa da etiraf etməliyik ki,  Türkiyə  bu çoxsəhnəli çoxpərdəli Yaxın Şərq teatrının  qəhrəmanları sırasında deyil, yumşaq desək,  qurbanları ya məğlubları sırasında görünür. Bu qənaətə gəlmək üçün hadisələrin çox da uzaq olmayan başlanğıcına qayıtmaq yeni əsrimizn əvvəlindən bu günədək Türkiyənin beynəlxalq siyasət arenasındakı gedişlərinə nəzər salmaq kifayətdir. Hələ 2-ci körfəz müharibəsinin lap başlanğıcında hadisələrin gedişinin dönməz xarakter aldığı açıq-aşkar görünürdü. Corc Buş hakimiyyətinin qətiyyəti qlobal siyasət müəllifləri arasında o zamankı güc nisbəti başlamaqda olan savaşın aqibətini öncədən bəlli edirdi. Türkiyə üçün taleyüklü bir məqamda vəziyyəti düzgün qiymətləndirməklə lap yaxın günlərdə baş verəcək qlobal transformativ hadisələrdən Türkiyə üçün öz ölkəsinin milli maraqlarına uyğun  istiqamətdə faydalanmaq heç çətin deyildi. Lakin elə o məqamda Türkiyə xarici siyasətinin paradoksu özünü göstərdi - Türkiyə Böyük Millət Məclisi ABŞ qoşunlarının  öz ərazisindən keçməklə İraqa hücum etməsinə icazə vermədi. Bəzi siyasətçilər bunu Türkiyənin öz qonşuları ilə münasibətlərini qoruyub saxlamaq cəhdi onun özünü hər zaman terror hücumlarına məruz qoyan qonşu ölkəyə münasibətdə xoş məram nümayiş etdirməsi kimi qələmə versələr , əslində bu Türkiyə siyasətinin qətiyyətsizliyinin göstəricisi idi. Bunu Türkiyədə demokratiyanın üstünləşməsi hətta Türkiyənin ABŞ kimi supergüclə hesablaşmamaq qədər qüdrətli olduğunu bəyan edib öyünənlər olsa da, əslində bu  Türkiyə xarici siyasətinin öz hüdudlarından kənarda öz milli maraqlarını qorumağa hazır olmadığını ya bəlkə bunun Türkiyə xarici siyasətində prioritet olmadığını göstərən acı reallıq idi. Bu addımı atmaq üçünsə kifayət qədər əsaslar vardı. İlk növbədə,Türkiyənin ABŞ-la  NATO çərçivəsində çoxillik tərəfdaşlıq tarixi Türkiyəni İraq despotizmi qarşısında hər cür mənəvi öhdəliklərdən azad edirdi.  Digər tərəfdən, demokratik inkişaf yolu ilə irəliləməkdə israrlı olan Türkiyənin artıq günləri sayılmaqda olan Səddam Hüseyn rejimi qarşısında heç bir  mənəvi öhdəliyi ola bilməzdi. Məhz o zaman Türkiyə İraqın şimalından ona yönəlmiş PKK təhdidlərinə birdəfəlik son qoymaq, sonrakı mərhələdə isə soydaşlarımız olan türkmənlərin məskunlaşdığı Mosul Kərkük əyalətlərinə muxtariyyət statusu qazandırmaq üçün  körfəz proseslərində yaxından iştirak etməli sonda regionda söz sahibi olmaq şansını qazanmaq  üçün birmənalı şəkildə ABŞ-ın yanında olmalı idi. Bütün bunlara baxmayaraq, anlaşılmaz səbəblərdən Türkiyə bu addımı atmadı. Nəticə isə özünü çox gözlətmədi. Səddam Hüseynin devrilməsindən dərhal sonra yeni İraqda söz sahibinə çevrilmiş PKK-çılar Türkiyə ərazisinə daha cürətli basqınlar etməyə, onlarla türk əsgərini qətlə yetirməyə cəsarət etdilər. Az öncə populist səbəblər gətirməklə ABŞ kimi qüdrətli tərəfdaşına rədd cavabı vermiş Türkiyə bu dəfə həftələrlə aparılan danışıqlardan sonra onu təhdid edən terrorçu düşərgələrini bombalamaq üçün köhnə müttəfiqindən izn ala bildi məhz ABŞ-la razılaşdırdıqdan sonra özünün hərbi hava qüvvələrini Şimali İraq üzərinə qaldıraraq PKK  terrorçularına ciddi zərbələr endirə bildi.

Körfəz müharibəsinin sonucu olaraq Türkiyənin əldə edə biləcəyi, lakin əldə etmədiyi bütün üstünlüklərdən isə İraqın şimalında de-fakto müstəqil Kürdistan yaratmağa nail olan kürd hərbi birləşmələri yetərincə faydalandı. Bütün ümidlərini Türkiyəyə bağlamış türkmənlər isə bu gün həm İraq hakimiyyətinin, həm Kürdistanın həm İŞİD-çilərin nişangahında etnik təmizlənmə obyektinə çevrildilər. Soydaşlarımıza sahib çıxmalı olan Türkiyə isə artıq hadisələrə müdaxilə etmək iqtidarında deyil. Beləliklə, Türkiyə regionda söz sahibi olmaq fürsətini əldən vermiş oldu.

Suriyada hadisələr başlayarkən Türkiyənin mümkün qədər neytral mövqe tutacağını gözləmək olardı. Lakin vaxtaşırı Suriyadakı hadisələrə münasibət bildirən Türkiyə siyasəti nəhayət öz çılğınlığını saxlaya bilməyib hansı qüvvələrin tərəfində durduğunu açıq-aşkar büruzə verdi bununla da yalnız Əsəd rejimini deyil, həm İranı Rusiyanı təəccübləndirdi özünə qarşı çevirdi. Əlbəttə, zamanında öz köklü milli maraqlarının olduğu İrak münaqişəsinə müdaxilə etməyən inanılmaz biganəlik göstərən Türkiyənin heç bir milli marağı olmadığı Suriyadakı hadisələrə aktiv münasibəti region dövlətlərini təəccübləndirməyə bilməzdi. 

Bütün bu tərəddüdlər təəccüblər içində tez-tez istiqamətini dəyişən Türkiyə xarici siyasəti  Qloballaşma proseslərinin lokomotivləri olan Amerika Avropa dövlətlərində ona qarşı etimadı azaldır. Eyni zamanda belə bir təsəvvür yaranır ki, Türkiyənin regional xarici siyasəti milli maraqlar üzərində deyil, dini maraqlar üzərində formalaşır. Türkiyənin regiondakı müsəlmanların hamisi kimi görünmək cəhdləri beynəlxalq siyasət nəzəriyyəsində təqdir olunmayan bir yanaşmadır heç bir halda uğur gətirəcək siyasətə bənzəmir.  Bu gün dünya inkişafının aparıcı tendensiyası  dini təəssübkeşlik deyil,  qloballaşmadır. Qloballaşma prosesi  isə millətin ümmətə deyil, onun tarixi, mədəni, sivilazasion əsaslarda öz soykökü üzərində birləşərək  seçkin sivilizasiya şəklində dünya birliyinə inteqrasiyasını nəzərdə tutur.

Son onillikdə Türkiyənin beynəlxalq siyasətində müşahidə olunan anlaşılmazlıqlar onun daxili siyasətində  vaxtaşırı özünü göstərməkdədir. Yarandığı gündən Turkiyə dövlətçiliyinin, sivil demokratik dəyərlərin keşiyində mətanətlə dayanmış  türk ordusu dünyanın ən qüdrətli güclərindən biri kimi tanınır. Yüzlərlə yüksək rütbəli zabitlərin generalların  Ergenokon araşdırması sonucu həbslərə atılması hər halda daxili auditoriyada da birmənalı qarşılanmamışdı. Öz Vətənini canı qanı ilə qorumağa hər zaman hazır olan generalların Vətənə xəyanətdə suçlanması bir neçə il sonra bunun yanlış olduğu bilinərək azadlığa buraxılması yalnız hakimiyyətin ölkə daxilindəki nüfuzunu deyil, eləcə türk əsgərinin öz dövlətinə inamını sarsıda bilər.  Buna inanmaq istəməsək , bütün Türkiyənin  gözü qarşısında, türk hərbi birləşməsinin üzərində dalğalanan bayrağımızın terror örgütünə loyal bir yeniyetmə tərəfindən endirilməsi türk əsgərinin hərəkətsiz qalması  bu barədə düşünməyə vadar edir.

Bu gün Türkiyə hakimiyyəti ölkə daxilində gərgin amansız mübarizə içindədir. Bu mübarizənin bir tərəfində davamlı olaraq hakimiyyət, digər tərəfində isə gah Atatürk xatirəsinə sayğı göstərməyi tələb edən Gəziçilər, gah hakimiyyəti mənasız video-kassetlərlə  guya "diskreditasiya etməyə" çalışan CHP-çilər, gah  hakimiyyətə xeyir-duası ilə gəlinən Gülənçilər, gah dinlilər, gah da dinsizlər  s. dayanır.   Bu gün nurçularla amansız mübarizə aparan hakim partiyanın  özünün vaxtilə Gülən şinelindən çıxdığını nəzərə alsaq belə bir mənzərə yaranır ki, Türkiyədəki bütün qüvvələr , hətta bu hakimiyyəti doğuran qüvvələrin özü   sanki mövcud hakimiyyətin əleyhinədir. Türkiyədə toplumun bu qədər hissələrə bölünməsi isə çox təhlükəlidir. Təkcə Türkiyənin özü üçün deyil, eləcə gələcəyə ümidlərini 90 yaşlı müstəqil Türkiyənin müdrikliyinə bağlayan, öz güclərini böyük qüdrətli Türkiyənin gücünə qatıb dünya türklüyünün əzəmətini nümayiş etdirmək arzusunda olan 250 milyonluq dünya türklərinin aqibəti üçün təhlükəlidir. Bütün bunları göz önünə gətirdikdə belə bir qənaət hasil olur ki, mövcud qlobal siyasət meydanında Türkiyə daha güclü ola bilərdi. Təəssüf ki, 1-ci dünya müharibəsinin alovlarından yenilməz qüdrət sahibi kimi çıxmış Türkiyə 3- dünya müharibəsinin hələ  prelyudiyasında qlobal siyasətdə özünün strateji  mövqelərini  itirmiş kimi görünür.

Bütün dinləri müqəddəs hesab etmək olar, amma türk siyasəti anlamalıdır ki,  dünyanın inkişafı dini mənsubiyyətə ya təəssübkeşliyə deyil, suveren milli dövlətlərin tərəqqisi sayəsində onların üzərində qərar tutan daim inkişaf edən qlobal siyasi sistemin təşəkkülünə əsaslanır. Dünya inkişafının dialektik qanunauyğunluğuna görə, Bəşəriyyət bir-birindən xəbərsiz şəkildə mövcud olmuş mağara insanlarından vahid qlobal siyasi məkanda yaşayan dünya birliyinə qədər təkamül edən vahid bir orqanizmdir. Bu qlobal orqanizmin içində türk varlığını qoruyub saxlamaq onu özgür türk sivilizasiyası şəklində dünya birliyinə  inteqrasiya etdirə  bilmək bütün dünya türklərinin onların yaratdıqları dövlətlərin siyasi, iqtisadi ilk növbədə, mənəvi birliyindən keçir. Parçalanmaq əvəzinə birləşmək, birləşərək güclənmək, güclənərək dünyada söz nüfuz sahibi olmaq hər bir türk dövlətinin siyasətində hər bir türk toplumunun iradəsində öz əksini tapmalıdır. Öncəliklə Türkiyə siyasətinin bu istiqamətə yönəlməsi həm Türkiyə, həm bütün türk dünyası üçün həyati əhəmiyyət daşıyır. Regional qlobal siyasətin rəqabət meydanında  uğur qazanmaq üçün qardaş Türkiyə öz  siyasətindəki tərs-mütənasibliyi aradan qaldırmalı, dünyanın obyektiv inkişaf qanunlarına uyğun, dünya birliyi üçün anlaşılan qlobal siyasi arenada Türkiyəyə etimad qazandıran, özünün ümummilli maraqlarını təmin edən,  qohumları  qonşuları üçünsə faydalı olan xarici daxili siyasət doktrinasını bəyan etməlidir.  Bu baş verməzsə, XXI əsrin türk əsri olacağı haqda səslənən fikirlər xoş bir xəyal olmaqdan o yana gedə bilməyəcək.

 





24.06.2014    çap et  çap et