525.Az

Suraxanıda Tatar milli bayramı - "Sabantuy" təntənəli qeyd edildi


 

Suraxanıda Tatar milli bayramı  - "Sabantuy" təntənəli qeyd edildi<b style="color:red"></b>

Suraxanı rayonu Heydər Əliyev  pakında Tatar xalqının milli bayramı olan "Sabantuy" təntənəli şəkildə qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib önünə əklil, tər güllər qoyublar. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, fəaliyyət göstərdiyi beş il ərzində Heydər Əliyev Mərkəzi rayonun idealoji mərkəzinə çevrilib. Ötən dövr ərzində müxtəlif mərkəzi icra orqanları, elmi institutlar, ali təhsil müəssisələri müxtəlif təşkilatlarla 140-dan yuxarı tədbir keçirilib.

"Sabantuy" bayramının rəsmi qonaqları Heydər Əliyev parkında Tatar Azərbaycan xalqının dostluq rəmzini əks etdirən "Lənkəran akasiyası" ağacını əkiblər.         

Azərbaycan Respublikasının, Rusiya Fedarasiyasının Tatarıstan Respublikasının dövlət himnləri səsləndikdən sonra milli bayram şənliyinə başlanılıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bayram iştirakçılarını salamlayıb tatarların milli baryamı olan "Sabantuy"un Suraxanı rayonu Heydər Əliyev parkında keçirilməsinin bir ənənə şəklini aldığını bildirib. İlqar Abbasov xüsusi vurğulayıb ki,"əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-tatar xalqının dostluğu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Tatarıstan Respublikası hökumət nümayəndəsi, İnvestisiya İnkişafı Agentliyinin rəhbəri Yakupov Linar Qabdelnuroviç Tatarıstan Resrublikasının Prezidenti cənab Rustam Nurqaliyeviç Minixanovunun təbrik məktubunu bayram iştirakçılarına oxuyub.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bayram iştirakçılarını salamlayaraq Tatar xalqı ilə Azərbaycan xalqının dostluğunu yüksək qiymətləndirmiş bu birliyə uğurlar diləyib. Bildirib ki, tatar xalqının milli bayramı olan "Sabantuy"un Azərbaycanda məhz tatarların çox yaşadığı Suraxanı rayonunda keçirilməsi bunun əyani sübutudur.

"Azərkimya" birliyinin direktoru, Milli Məclisin deputatı Muxtar Babayev Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Zakirov Alfred Firdaysoviç tədbir iştirakçılarını salamlayıblar.

Bayram tədbirləri çərçivəsində eyni zamanda Heydər Əliyev mərkəzində millətcə tatar olan iki gəncin nigah mərasimi qeydə alınıb. Gəncləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə məhz müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, bütün mənalı ömrünü vətəninin xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzulamış Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsini təqdim edib.

Sonra yeni ailə quran gənclər mərkəzin qarşısında sülh rəmzi olan göyərçinləri havaya uçurtdular parkın "Gənclik bağında" "Sevən ürəklər"güşəsində ağac əkiblər. Bayram şənliyi konsert proqramı ilə davam etmiş: milli mahnılar, milli rəqslər daha sonra tədbirdə  milli güləş, milli yeməklər at yürüşü nümayiş etdirilib.

 





24.06.2014    çap et  çap et