Braziliyada keçirilən prezident seçkilərində məğlub olan ifrat sağçı lider Jair Bolsonaro seçkinin nəticələrinə etiraz edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Bolsonaronun partiyası (Liberallar) seçkidən bir neçə gün sonra ikinci tur seçkilərində bəzi yerlərdə qanun pozuntularının olduğunu iddia edərək, nəticəyə etirazlarını bildiriblər.
Braziliya Ali Seçki Məhkəməsi sol təmayüllü əvvəlki prezident Lulanın 50.83%, Bolsonaronun isə 49.17 % səs topladığını bildirib. Bolsonaro tərəfdarları ölkə daxilində 20 ştatda 300-dən çox yolu bağlayaraq seçkinin nəticələrinə etiraz edib.
Qeyd edək ki, prezident seçkilərində ilkin nəticələr açıqlandıqdan sonra Braziliya Ali Seçki Məhkəməsinin sədri Alexandre de Moraes Lulanın seçkidə qalib gəldiyini açıqlayıb və seçkilərdə etiraz ediləcək heç bir vəziyyətin olmadığını bildirib.
Sevil Seymur
çap et