525.Az

Rusiya Ukraynada xəstəxananı vurub - 1 körpə ölüb


 

Rusiya Ukraynada xəstəxananı vurub - <b style="color:red">1 körpə ölüb</b>

Ukraynanın Vilnyansk şəhərində rus ordusunun xəstəxananı hədəf alması nəticəsində yeni doğulmuş körpə ölüb, anası və həkimi isə yaralanıb.

525.az xəbər verir ki, Rusiya Ukraynaya hücumlarını davam etdirir. Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında: “Terror dövləti mülki şəxslərə və mülki strukturlara qarşı mübarizəni davam etdirir. Vilnyansk xəstəxanasının doğum şöbəsinə raket hücumu nəticəsində 1 körpə ölüb, 1 qadın yaralanıb”, - deyə paylaşım edib.

Ukraynanın Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada körpənin anası və həkiminin yaralı halda dağıntılar altından çıxarıldığı bildirilib.

Fərid Sançar

 





23.11.2022    çap et  çap et