525.Az

“Bacarıqlı, istedadlı gənclərin elmə cəlbinə çalışmalıyıq”


 

“Bacarıqlı, istedadlı gənclərin elmə cəlbinə çalışmalıyıq”<b style="color:red"></b>

"Son zamanlar elmin yaşı ilə əlaqədar çox müzakirələr aparılır. Azərbaycan elminin yaşlı insanlarla deyil, gənclərlə bağlı problemi var".
 

525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, yaşlı elm adamları ömürlərinin müəyyən dövründə elm üçün ən azı nəsə ediblər. Yaxud, əvvəlki dövlərdə buna çox da şərait olmayıb. Amma gənclər elmin gələcəyidir:

“Məktəb proqramını bilməyən, əlaçı olmayan 2-3 gənc elmə gəlsə, çox da problem olmaz, amma bu göstərici yüksək olarsa, artıq ciddi problemə yol açar. Amma biz qəbul ballarına baxanda ürəkaçan nəticələr görmürük. Ona görə də bacarıqlı, istedadlı gənclərin elmə cəlbinə çalışmalıyıq”.

Sevinc Qarayeva 

 





23.11.2022    çap et  çap et