525.Az

“Sinif müəlliminin əməkhaqqı tədqiqat institutunun direktorununkundan çoxdur”


 

“Sinif müəlliminin əməkhaqqı tədqiqat institutunun direktorununkundan çoxdur”<b style="color:red"></b>

“Hazırda ibtidai sinif müəlliminin əməkhaqqısı hər hansı tədqiqat institutunun direktorununkundan çoxdur”.
 
525.az-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, bu, elə-belə nəticə deyil. Son illərdə müəllimlərin işə qəbuluna xüsusi diqqət edilir, qəbul müsabiqə əsasında həyata keçirilir:

“Artıq müəllimlərin sertifikasiya prosesinə də start verildi və nəticələrə uyğun olaraq əməkhaqqıları artırıldı. Prosesdə ilk iştirak edənlər də ibtidai sinif müəllimləri oldu. 2015-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılır və prosesə davam ediləcək. Beləliklə, biz arzuolunan nəticələr əldə edə bilirik”.

Sevinc Qarayeva

 





23.11.2022    çap et  çap et