525.Az

XXV respublika elmi konfransında 213 nəfər iştirak hüququ qazanıb


 

XXV respublika elmi konfransında 213 nəfər iştirak hüququ qazanıb<b style="color:red"></b>

Doktorant və gənc tədqiqatçıların XXV respublika elmi konfransında iştirak etmək üçün 453 nəfər müraciət edib. Onlardan 213 nəfəri konfransda iştirak hüququ qazanıb.

525.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov  deyib. Onun sözlərinə görə, konfransda iştirak hüququ qazananların 30 faizini kişilər, 70 faizini qadınlar təşkil edir.

Rüfət Əzizov bildirib ki, müraciət edənlərdən 240 nəfərə imtina cavabı verilib: “Onlar arasından 155 nəfər texniki uyğunsuzluğa görə, 23 nəfər plagiat, 62 nəfər elmi komitənin rəyinə əsasən yox cavabı alıb. Ümumilikdə konfransda 26 yerli ali təhsil müəssisəsi, 21 yerli tədqiqat institutu, 5 xarici ali təhsil müəssisəsi iştirak edir”.

Sevinc Qarayeva 

 





23.11.2022    çap et  çap et