525.Az

Çin Aİ ilə münasibətlərinə “üçüncü tərəfin” qarışmasını istəmir


 

Çin Aİ ilə münasibətlərinə “üçüncü tərəfin” qarışmasını istəmir<b style="color:red"></b>

Çinin xarici işlər naziri Vanq Yi bəyan edib ki, ölkəsi üçüncü tərəflərin Avropa İttifaqı (Aİ) münasibətlərinə qarışmasını istəmir. 

525.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Vanq İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə telefon danışığında Çinin Aİ-ni özünün “hərtərəfli strateji tərəfdaşı” kimi gördüyünü və onun tərəfdarı olduğunu bildirib. 

Aİ-nin "strateji muxtariyyətini" dəstəklədiklərini vurğulayan Vanq: "Çin-Aİ əlaqələri üçüncü tərəfə yönəlmədiyi üçün üçüncü tərəflər tərəfindən məhdudlaşdırılmamalıdır", - deyib. 

Vanq İtaliyanın Çinin Aİ ilə əlaqələrində konstruktiv rol oynayacağına ümid etdiklərini bildirib. Vanq Yi, həmçinin qeyd edib ki, Çin İtaliyanı böyük qlobal güc və əməkdaşlıq tərəfdaşı kimi görür və onlar iki ölkə arasında dialoqu gücləndirməyə və kommunikasiya kanallarını sürətlə yenidən aktivləşdirməklə kritik sektorlarda əməkdaşlığı inkişaf etdirməyə ümid edirlər. 

İtaliyanın Çin şirkətlərinin investisiyalarına açıq olduğunu vurğulayan Tajani isə COVID-19 sonrası dövrdə turizm və digər sahələrdə Çini dialoq və əməkdaşlığa çağırıb. 

Qeyd edək ki, ötən həftə İndoneziyanın Bali adasında keçirilən G20 Sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin və İtaliyanın Baş naziri Giorgia Meloni arasında təkbətək görüş olub. Görüş zamanı iki ölkə arasında dialoqun və iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı oxşar mesajlar verilib.

Malik Atilay

 





23.11.2022    çap et  çap et