Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) VI ümumi yığıncağı keçirilib.
Azərbaycan Dövləy İqtisad Universitetindən (UNEC) 525.az-a verilən xəbərə görə, Ahmet Yesevi Universitetinin ev sahibliyi və Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini Ömər Kocamanın sədrliyi ilə keçirilən tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Macarıstandan 50-dən çox rektor və universitet nümayəndələri təmsil olunub. Yığıncaqda UNEC-in rektoru professor Ədalət Muradov və rektorun müşaviri dosent Elşən Bağırzadə də iştirak ediblər.
Yığıncağın açılışında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun videomesajı dinlənilib. Açılış nitqlərindən sonra Türkiyə Universitetlər Birliyinin 6-cı ümumi yığıncağı işə başlayıb, gündəlikdəki məsələlər müzakirə edilib və növbəti il üçün sədrlik seçkisi keçirilib. 2023-2024-cü illər üzrə UNEC Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) Sədri seçilib. Birliyin sədri vəzifəsini UNEC rektoru professor Ədalət Muradov həyata keçirəcək.
Sevinc Qarayeva
çap et