https://525.az/img/pics/medium/2022-12/248822_7rcpwmcw6r.jpg “525-ci qəzet”in 10 dekabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-12/248734_ctof3ranhh.jpg Elmiliklə bədiiliyin vəhdəti - Maarifə Hacıyeva yazır
https://525.az/img/pics/medium/2022-12/248732_rr8gqkfe8k.jpg Aqrometeoroloji müşahidələr: kənd təsərrüfatı üçün mühüm faktor
https://525.az/img/pics/medium/2022-11/243926_t5yxd5zn1a.jpg "Qürbətdə xan olunca..." - Əlisəfdər Hüseynov yazır
search
9 Dekabr 2022

Cokoviç 6-cı ATP titulunu qazanıb

Cokoviç 6-cı ATP titulunu qazanıb

Peşəkar Tennis Assosiasiyası tərəfindən təşkil edilən 2022-ci il ATP Finalında 7-ci sırada qərar tutan Novak Cokoviç 3-cü yerdəki Kasper Rudu 2:0 hesabı ilə məğlub edib.

525.az xəbər verir ki, ilk dəfə 1970-ci ildə keçirilən və 2000-ci ildən bəri kişilərin dünya reytinqində tennisçiləri bir-birinə qarşı ilk 8 yerə çıxaran 53-cü ATP Finallarının çempionu bəlli olub. İtaliyanın Turin şəhərindəki "Alpitour Sports Hall"da oynanan sərt kort turnirinin finalında ATP finallarında 5 dəfə qalib gələn Cokoviçlə ilk dəfə finala yüksələn Ruud üz-üzə gəlib. Serb raketkaçısı 2008, 2012, 2013, 2014 və 2015-ci illərdən sonra norveçli rəqibini 7-5 və 6-3 setlərlə 2-0 hesabı ilə məğlub edərək növbəti dəfə çempion olub.

ATP Finallarının ən yaşlı çempionu olan 35 yaşlı Cokoviç, turnirdə ən çox qələbə qazanan Rocer Federerin rekordunu təkrarlayıb.

Qeyd edək ki, son 19 oyunun 18-də qalib gələn Cokoviç bu mövsüm 5-ci, karyerasında isə 91-ci titulunu qazanıb.

Məhəmməd Tağıyev

Bölmənin digər xəbərləri
© 2012-2022 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.