525.Az

ÜST epidemiyaya səbəb ola biləcək patogenlərin siyahısını müəyyən edəcək


 

ÜST epidemiyaya səbəb ola biləcək patogenlərin siyahısını müəyyən edəcək<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcək epidemiyalara səbəb ola biləcək prioritet patogenlərin siyahısını müəyyən etmək üçün elmi proses başladır.

525.az xəbər verir ki, ÜST-dən verilən yazılı açıqlamaya görə, prioritet patogenlər siyahısının yenilənməsi prosesi, xüsusilə peyvəndlər, testlər və müalicələr sahəsində qlobal investisiya və Ar-Ge işlərinə rəhbərlik etmək məqsədi daşıyır. Tədqiqatlar üzrə ilk iclas noyabrın 18-də keçirilib. 

ÜST 25-dən çox virus ailəsi, bakteriya və "Xəstəlik X" ilə bağlı tapıntıları müzakirə etmək üçün 300-dən çox alimi bir araya gətirir. "Xəstəlik X" ciddi beynəlxalq epidemiyaya səbəb ola biləcək naməlum patogeni göstərmək üçün siyahıya daxil edilib. Mütəxəssislər əlavə tədqiqat və investisiya tələb edən prioritet patogenlərin siyahısı ilə bağlı məsləhət verəcəklər. ÜST tərəfindən həyata keçiriləcək elmi prosesə elmi və ictimai sağlamlıq meyarları, həmçinin sosial-iqtisadi təsirlər, əlçatanlıq və ədalətlə bağlı meyarlar da daxil olacaq.

Qeyd edək ki, prioritet patogenlərin yenidən işlənmiş siyahısının 2023-cü ilin birinci rübündə dərc olunması gözlənilir.

Məhəmməd Tağıyev

 





23.11.2022    çap et  çap et