525.Az

Rusiyada oteldə yanğın - 200 nəfər təxliyə edilib


 

Rusiyada oteldə yanğın - <b style="color:red">200 nəfər təxliyə edilib</b>

Rusiyanın paytaxtı Moskvada immiqrantların qaldığı oteldə yanğın baş verib. Oteldəki 200 nəfər isə təxliyə edilib.

525.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvanın Solneçnoqorsk rayonu yaxınlığında yerləşən Hotel Hot Sheremetyovo adlı oteldə səhər saatlarında yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və ilk yardım briqadaları göndərilib.

Oteldə qalan 200 nəfərin təxliyyə edildiyi və yanğının qısa müddətdə nəzarət altına alındığını bildirilib. 

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən yazılı açıqlamaya görə, yanğına binanın zirzəmisində yanacaq tankerinin borusunda təmir işlərinin aparılması və boruların bir-birinə yaxşı bağlanmaması nəticəsində sızma baş verməsi səbəb olub.

Fərid Sançar

 





23.11.2022    çap et  çap et