525.Az

Putin əsas diqqəti enerji şirkətlərinin əlavə gəlirlərinə yönəldib


 

Putin əsas diqqəti enerji şirkətlərinin əlavə gəlirlərinə yönəldib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin sanksiyalara baxmayaraq, bu il rekord gəlir əldə edən enerji şirkətləri üçün ciddi vergi artımı tətbiq edib. Ukrayna müharibəsi və maliyyə əməliyyatlarında ciddi məhdudiyyətlərlə üzləşən Rusiya iqtisadiyyatı, LNG ixracatçılarından 34 faiz vergi və "Qazprom" dövlət büdcəsindən təxminən 30 milyard dollar ödəniş alacaq.

525.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 2023-2025-ci illər arasında ölkənin enerji sektoru üzrə vergilərin artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Rusiyanın neft və qaz şirkətləri isə sanksiyalara baxmayaraq, bu il rekord gəlir əldə etdiklərini bildiriblər.

Mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçıları üçün mənfəət vergisi 34%-ə yüksəldilib. Daha yüksək vergi 2022-ci ilin sonuna qədər ən azı bir yük ixrac edən LNG istehsalçılarına aiddir. Sənədə əsasən, enerji nəhəngi “Qazprom” şirkətinin isə 2023-2025-ci illər arasında dövlət büdcəsinə əlavə 1,8 trilyon rubl (29,6 milyard dollar) borcu olacaq.

Habelə, qanun təbii qaza görə ixtisar vergisinin hesablanmasına düzəliş edilməsini və 2023-cü il yanvarın 1-dən hasilat vergisi dərəcəsinin hər ton kömür üçün müvəqqəti olaraq 380 rubla qədər artırılmasını nəzərdə tutur.

Vergi dəyişikliklərinin növbəti iki il ərzində dövlət xəzinəsinə daha 3 trilyon rubl (50 milyard dollar) əlavə edəcəyi də gözlənilir.

Qeyd edək ki, bu ayın əvvəlində Rusiya büdcəsinə martla müqayisədə 41,4% az vergi daxil olduğu bildirilirdi. Analitiklər hesab edirlər ki, azalma Qərbin sanksiyaları səbəbindən Rusiyanın enerji ixracının azalması ilə bağlıdır. Eyni zamanda, “Qazprom” kimi enerji nəhəngləri bu il rekord gəlir əldə etdiklərini bildiriblər.

Fərid Sançar

 





23.11.2022    çap et  çap et