525.Az

Şirkət rəhbərlərinin ən az 33 faizi qadın olacaq


 

Şirkət rəhbərlərinin ən az 33 faizi qadın olacaq<b style="color:red"></b>

Avropa Parlamenti (AP) Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə şirkət rəhbərlərinin ən azı 33 faizinin qadın olmasını şərtləndirən qanun təklifini qəbul edib.

525.az xəbər verir ki, müvafiq olaraq, şirkətlər ildə bir dəfə rəhbər vəzifələrində ən azı 33 faiz gender təmsilçiliyi barədə səlahiyyətlilərə məlumat verməli və hədəflərə çatmadığı təqdirdə hədəflərə necə çatmağı planlaşdırdıqlarını bildirməli olacaqlar. Tətbiqi 2026-cı ilin iyun ayına qədər həyata keçirməyən şirkətlərə cərimələr kimi təsirli, çəkindirici və mütənasib cəzalar tətbiq ediləcək.

Qanuna əməl etməyən şirkətlərin idarə heyəti ləğv edilə bilər. Digər tərəfdən, 250-dən az işçisi olan kiçik və orta müəssisələr direktivin əhatə dairəsindən çıxarılıb.

Qeyd edək ki, Avropa Komissiyası bu təklifi 2012-ci ildə etsə də, Şura 10 il ərzində bu qərarı bloklamışdı.

Məhəmməd Tağıyev

 





23.11.2022    çap et  çap et