525.Az

Professor Asif Hacıyevin “Şuşa: ədəbi-mədəni mühit” kitabının təqdimatı keçirilib


 

Professor Asif Hacıyevin “Şuşa: ədəbi-mədəni mühit” kitabının təqdimatı keçirilib<b style="color:red"></b>

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “Şuşa: ədəbi-mədəni mühit” kitabının təqdimatı keçirilib. Kitabda Şuşanın mədəni və ədəbi həyatının səciyyəvi xüsusiyyətlərindən, şuşalı ədiblərin və mədəniyyət xadimlərinin yaradıcılığından, Şuşa ədəbi-mədəni mühitinin milli mədəniyyətin inkişafına təsirindən, işğalın ağır nəticələrindən və 44 günlük müharibədəki tarixi zəfərdən sonra şəkhərin mədəni mühitinin bərpasından bəhs edilir.

525.az xəbər verir ki, itabın təqdimat mərasimini giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açıb. Kafedra müdiri qeyd edib ki, kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Şuşa ili”nə dəyərli töhfəsidir. Əsər dördcildlik monoqrafik toplunun üçüncü kitabıdır.

Kitabın müəllifi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti, professor Asif Hacıyev çıxışında Qarabağ zəfəri ilə Azərbaycanın tarixində yeni bir səhifə açıldığını və Şuşanın dünyanın diqqət mərkəzində olduğunu bildirib. Müəllif qeyd edib ki, Şuşa çoxcəhətliliyi ilə Azərbaycan mədəniyyətində unikal yer tutur. Həmçinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərin vətənidir.  

Tədbirin qonağı, Misirli alim, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydi bildirib ki, Azərbaycanın Qarabağ zəfəri İslam dünyası üçün də mühüm hadisədir və dünya müsəlmanlarını ürəkdən sevindirir. 

Daha sonra çıxış edənlər - Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Qorxmaz Quliyev, Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, Tərcümə və filologiya kafedrasının müdiri Samirə Məmmədova kitab haqqında fikirlərini bölüşüb, müəllifə Şuşa haqqında dolğun məlumat verən kitab ərsəyə gətirdiyi üçün təşəkkür ediblər. 

 





23.11.2022    çap et  çap et