525.Az

Ramil Usubov: Müharibədən əldə olunan təcrübə milli təhlükəsizliyin etibarlı təminatında önəmli amildir


 

Ramil Usubov: Müharibədən əldə olunan təcrübə milli təhlükəsizliyin etibarlı təminatında önəmli amildir<b style="color:red"></b>

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxır, bu müharibə ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynayır, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin hərbi müəssisələrində öyrənilir”.

525.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib.

General-polkovnik Ramil Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirib.

 





24.11.2022    çap et  çap et