525.Az

"Dərslik təhsilin keyfiyyətində mühüm rol oynayır"


 

 "Dərslik təhsilin keyfiyyətində mühüm rol oynayır"<b style="color:red"></b>

"Orta məktəb dərsliklərini ali məktəb müəllimləri də yaza bilər. Sovet dövründə belə dərslikləri həm ali, həmçinin də orta məktəb müəllimləri yazıb".

525.az xəbər verir ki, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, dərsliklər yazıldıqdan sonra onsuz da qiymətləndirilməsi aparılır: "Bizim orta məktəb dərslikləri cəmiyyət üçün açıqdır. Dərsliklər çapa verilməzdən öncə ictimai müzakirəyə də çıxardılır. Dərsliklər Elm və Təhsil Nazirliyinin portalında yerləşdirilir. Orada valideynlər, orta məktəb müəllimləri, dərslik müəllifləri, ali təhsil müəssisələrinin müəllimləri öz rəylərini bildirə bilərlər".

İ. Orucov deyir ki, dərslik təhsilin keyfiyyətində mühüm rol oynayır. Dərsliklər çapa verilməzdən öncə ciddi yoxlanılmalıdır. Peşəkar şəxlər tərəfindən dərsliklərə rəy verilməlidir: "Son dövrlərdə dərsliklərlə bağlı xeyli şikayətlər mövcuddur: "Bəzən dərsliklərdə mövzuların seçimi qalmaqala səbəb olur. Buna görə böyük dərslik komplekti dövriyyədən çıxardıldı. Buna görə dərsliklərə yekun rəyi verən ekspertlər çox diqqətli olmalıdırlar".

İ. Orucov qeyd edib kİ, dərsliklərin ali məktəb müəllimləri tərəfindən yazılması dərsliyin dilinin ağırlığına təsir edə bilər. Amma birmənalı şəkildə ali məktəb müəllimlərini bu işdən kənarlaşdırmaq olmaz: "Qeyd etdiyim kimi, dərslik yazamq iddiasında çox adam ola bilər, əsas yazılan dərsliklərin tələblərə cavab verməsidir. Dərslik məsələsi həm də strateji məsələdir. Bu baxımdan yekun qərar verən komissiya mükəmməl olmalıdır".

Sevinc Qarayeva

 

 





24.11.2022    çap et  çap et