525.Az

"Dəyişikliklər qeyri-nağd ödənişlərinin stimullaşdırılması baxımdan vacibdir"


 

"Dəyişikliklər qeyri-nağd ödənişlərinin stimullaşdırılması baxımdan vacibdir"<b style="color:red"></b>

"“Vergi Məcəlləsi"nə təklif edilən dəyişikliklərə əsasən, gələn ildən ƏDV-ni geri al qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.  Təbii ki, dəyişikliklər qeyri-nağd ödənişlərinin stimullaşdırılması baxımdan vacibdir".

525.az-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili vurğulayıb ki, ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılması məqsədi daşıyır. Bu iqtisadiyyatın ağardılması islahatlarının dərinləşdirilməs baxımdan vacib idi:

"Bununla yanaşı, komitə iclasında müzakirələr zamanı nağdsız əməliyyatlara görə qaytarılan ƏDV-nin 15 faizdən 17,5 faizə deyil, 20.0 faizə atırılmasını təklif etdim. Nağdlı ödənişlər üzrə 5.0 faiz bənd azalmanın olduğunu nəzərə alsaq nağdsız ödənişlər üzrə oxşar həcmdə artım məqsədəuyğun olardı. Bu plastik kartlardan istifadəyə marağı daha da artırardı.

Bütövlükdə, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və dəyişikliklər real sektorun yeni güzəştlərdən faydalanmasına imkan yaradacaq".

Sevinc Qarayeva 

 

 

 





24.11.2022    çap et  çap et