525.Az

Azad olunmuş ərazilərdə məktəblərin tikilməsi Azərbaycanda təhsilin keyfiyyətini artıracaq


 

Azad olunmuş ərazilərdə məktəblərin tikilməsi Azərbaycanda təhsilin keyfiyyətini artıracaq<b style="color:red"></b>

"Şuşa, Laçın, Füzuli, Suqovuşan qəsəbəsi, Cəbrayıl, Zəngilan və Kəlbəcərdə məktəblərin tikilməsi bilirsiz nə deməkdir? Bu, işğaldan azad edilmiş ərazilərdə təhsil mühitinin dirçəldilməsi deməkdir. Bu, 30 illik bir həsrətdən sonra, öz döğma oçağında təhsil almaq arzusuna qovuşmaq deməkdir. Bu, dövlətin təhsil, mədəniyyət və iqtisadiyyatını yenidən canlandırmaq və bərpa etmək üçün müəyyən etdiyi strategiyaya müvafiq olaraq bu ərazilərə köçürülmə prosesini mərhələ-mərhələ, həyata keçirməsinin reallaşmaq planının yeni mərhələyə qədəm qoyması deməkdir".

Bunu 525.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. Ekspertin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin tikilməsi, məktəb şəbəkəsinin proporsionallığının təmin olunmasına, Bakıda və digər regionlarda şagird sıxlığının aradan qaldırılmasına da heç də təsirsiz ötüşməyəcək. Bu da, öz növbəsində müəlllim-şagird nisbətinin tənzimləməsinə, təhsilin keyfiyyətinə, pedaqoji kadrlarla bağlı problemlərin aradan qaldırılmasına öz lazımı təsirini göstərəcək.

Sevinc Qarayeva 

 





24.11.2022    çap et  çap et