525.Az

“Azərbaycan bu həmrəyliyi bəzi müsəlman ölkələri kimi təkcə sözdə deyil, əməldə də sübut edib"


 

“Azərbaycan bu həmrəyliyi bəzi müsəlman ölkələri kimi təkcə sözdə deyil, əməldə də sübut edib"<b style="color:red"></b>

"Azərbaycan hər zaman islam həmrəyliyinin möhkəmlənməsinə böyük önəm verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya, xüsusilə müsəlman dünyasına birlik çağırışıdır. 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizin İslam həmrəyliyinə verdiyi önəmin bariz göstəricisidir. Müsəlman aləminin ayrılmaz hissəsi olan Azərbaycanın bütün ölkələrlə, o cümlədən İslam dövlətləri ilə əlaqələrini dostluq və qardaşlıq əsasında qurur. Azərbaycan bəzi digər dövlətlərdən fərqli olaraq, islam həmrəyliyi prinsipinə sözdə yox, işdə əməl edir. Azərbaycanın Fələstində diplomatik nümayəndəlik açması da bunun bariz nümunəsidir".

Bu fikirləri 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, bu gün Azərbaycan həm İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində həm də fərdi qaydada ərəb ölkələri ilə sıx əməkdaşlıq edir:

“Azərbaycan bu həmrəyliyi bəzi müsəlman ölkələri kimi təkcə sözdə deyil, əməldə də sübut edib. Bəzi ölkələr müsəlman ölkələri ilə deyil, qeyri-müsəlman ölkələri ilə hansısa müsəlman ölkəsinin əleyhinə əməkdaşlıq edirlər. İranın nümunəsində bu, açıq görsənir. Müsəlman ölkəsi heç zaman məscidləri dağıdan, orada donuz və inək saxlayan ölkə ilə sıx dostluq əlaqəsi qurmaz, qucaqlaşıb öpüşməz. Bunun adı riyakarlıqdır. Azərbaycan isə öz qardaşları ilə münasibətlərdə səmimi və diqqətlidir. Hər zaman onlara diqqətlə və həssaslıqla yanaşır. Buna görə Azərbaycan müsəlman dünyasının böyük sevgisini və məhəbbətini qazanıb. Buna görə bu gün ölkəmizə yüksək diqqət və etimad var”.

Sevinc Qarayeva 

 





24.11.2022    çap et  çap et