525.Az

Tornaçı ixtisası üzrə peşə hazırlığı kursuna müraciət müddəti uzadılıb


 

Tornaçı ixtisası üzrə peşə hazırlığı kursuna müraciət müddəti uzadılıb<b style="color:red"></b>

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində tornaçı ixtisası üzrə keçiriləcək peşə hazırlığı kursuna müraciət müddəti uzadılıb.

Bu barədə 525.az-a  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Müraciətçilər 8 həftə müddətində davam edəcək kursa elektron ərizə forması üzərindən noyabrın 30-dək qeydiyyatdan bilərlər.

Qeyd edək ki, peşə hazırlığı kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş şəxslər müraciət edə bilərlər. İşsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşlar elektron qaydada müraciət edə və ya xidmət yerinə (DOST mərkəzləri və ya regional məşğulluq filialları) şəxsən yaxınlaşa bilərlər.

Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Sevinc Qarayeva 

 

 





24.11.2022    çap et  çap et