525.Az

Azərbaycan bu gün də İslam dünyasının önündə gedən ölkələrdən biridir


 

Azərbaycan bu gün də İslam dünyasının önündə gedən ölkələrdən biridir<b style="color:red"></b>

"Azərbaycan tək müasir dövrümüzdə deyil, asrlər boyunca İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış bir ölkədir".

Bunu 525.az-a millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, Azərbaycan bu gün də İslam dünyasının önündə gedən ölkələrdən biridir və islam həmrəyliyin möhkəmləndirilməsi istiqamətində əlindən gələn bünün töhfələri verir. Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getmək iqtidarı nümayiş etdirir:

"Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində nümunəvi tədbirləri ilə seçilir. Ökənin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də bu qəbildən olan mühüm tədbirlərdən idi. Azərbaycan bundan sonra da bu istiqamətdə öz səylərini göstərmək niyyətindədir və ölkənin Fələstində diplomatik nümayəndəlik açması da bunun bir təsdiqidir".

Sevinc Qarayeva 

 

 





24.11.2022    çap et  çap et