525.Az

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibələrdə 35 nəfər uğur qazanıb


 

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibələrdə 35 nəfər uğur qazanıb<b style="color:red"></b>

On iki dövlət orqanında mövcud olan 33 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibələr davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) 525.az- bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 84 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:40-dək olan məlumata görə, 35 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələrin noyabrın 25-dək keçirilməsi planlaşdırılır.

Sevinc Qarayeva 

 





24.11.2022    çap et  çap et