525.Az

Yenidən müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə başlanılacaq


 

Yenidən müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə başlanılacaq<b style="color:red"></b>

Payız semesterinin sonunadək dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə edilən müraciətlərin emalı aparılacaq.

525.az xəbər verir ki, bunu İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli  deyib. Onun sözlərinə görə, müsabiqənin emal mərhələsi başa çatdıqdan sonra müəllimlər növbəti semestrdən yeni iş yerlərində çalışa biləcəklər.

Qeyd edib ki, növbəti semestrdə yenidən müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə başlanılacaq.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində iştirak etmək istəyən şəxslər https://miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sevinc Qarayeva 

 





24.11.2022    çap et  çap et