525.Az

Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında dissertasiya mövzuları müzakirə olunub


 

 Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında dissertasiya mövzuları müzakirə olunub<b style="color:red"></b>


Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının tibb işçi qrupu ilə birgə iclası keçirilib.

Bu barədə 525.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda tibb üzrə 16 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb elmləri doktorları Yasmin Rüstəmova, Emil İskəndərov, tibb üzrə fəlsəfə doktorları Aynur Safıyeva və Gülnaz Bədəlova tərəfindən təqdim edilib.

Müzakirələrdə tibb işçi qrupunun üzvləri, iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

Müzakirəyə çıxarılan 13 dissertasiya işi bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 3 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

Sevinc Qarayeva

 





24.11.2022    çap et  çap et