525.Az

AzMİU-da payız semestrinin imtahan sessiyasına hazırlıq məsələsi müzakirə edilib


 

AzMİU-da payız semestrinin imtahan sessiyasına hazırlıq məsələsi müzakirə edilib<b style="color:red"></b>


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi şurasının 2022-2023-cü tədris ili üzrə növbəti iclası keçirilib.

AzMİU-dan 525.az-a bildirilib ki, rektor Gülçöhrə Məmmədova şura üzvlərinə gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Sonra universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov 2021-2022-ci tədris ilinin yaz semestrinin və yay imtahan sessiyalarının nəticələri, 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığı barədə hesabatını təqdim edib. Prorektor imtahan sessiyasında tələbələrin biliklərinin qiymətləndirilməsi, əldə edilən uğurlar və nöqsanlar barədə danışıb, eyni zamanda, 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili, hazırlığın vəziyyəti məsələlərinə aydınlıq gətirib.

Hesabat ətrafında geniş fikir mübadiləsi aparılıb, iradlar və təkliflər səsləndirilib.

Məruzələr və çıxışlardan sonra rektor müzakirə olunan məsələlərə münasibət bildirib və lazımi tapşırıqlar verib.

Şura iclasında digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan məsələlər ətrafında şura üzvləri çıxış ediblər. Təklif və rəylər dinlənilməklə müvafiq qərarlar qəbul edilib.

Sonda Elmi şuranın qərarı ilə universitetin Fizika və kimya kafedrasının dosenti Nəbi Babayevə AzMİU-nun fəxri professoru adı verilib.

Sevinc Qarayeva 

 





24.11.2022    çap et  çap et