525.Az

"Azərbaycan Cənubi Qafqazda Latviya üçün əhəmiyyətli iqtisadi tərəfdaşdır”


 

"Azərbaycan Cənubi Qafqazda Latviya üçün əhəmiyyətli iqtisadi tərəfdaşdır” <b style="color:red"></b>

Bakıda Latviya Respublikasının elan olunmasının 104-cü ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib. 525.az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, səfirlər, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Vija Buşa çıxışında deyib ki, yeni müstəqil ölkənin ilk addımları çətin və mürəkkəb olub. Latviyalı gənclər silaha sarılaraq təxminən 400 gün davam edən Latviyanın müstıqilliyi üçün müharibədə vuruşarkən, Paris Sülh Konfransında Latviyanın beynəlxalq səviyyədə tanınması üçün diplomatik mübarizə gedirdi. Həmən vaxt və daha sonrakı günlərdə də Latviya öz tərəfdaşlarından çox mühüm dəstək gördü. Sonradan Azərbaycanın Sülh Nümayəndəliyinin rəhbəri Əlimərdan bəy Topçubaşov da 1921-ci ilin yanvarında - bizim beynəlxalq səviyyədə tanınmağımızdan sadəcə bir neçə gün sonra xarici ölkələrdən latviyalı həmkarlarına ilk təbrik göndərənlərin arasında idi

Vija Buşa deyib ki, Latviyanın müstəqilliyinin əsas simvolu Azadlıq abidəsidir. Latviya xalqı kimi bu abidə də 50 illik uzun bir işğaldan sağ çıxıb. "Latviya dövlətini qurduğumuz vaxtda olduğu kimi, bir çox çətinliklərə addım-addım qalib gəlmiş və dövlətimizi, dövlətçiliyimizi  inkişaf etdirməyə müvəffəq olmuşuq. Dövlət ancaq xalqı ilə güclüdür. Məlum olduğu kimi, Latviya hər zaman  beynəlxalq hüquqa uyğun olaraq hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü tanıyır”.

Diplomat əlavə edib ki, müstəqilliyimizi bərpa etdikdən bəri, Latviya və Azərbaycan arasında dostluq və konstruktiv əlaqələr qurulub. 2017-ci ilin iyul ayında Latviya və Azərbaycan respublikaları arasında Strateji Tərəfdaşlığın Yaradılması haqqında saziş imzalandı. Ölkələrimiz arasında müntəzəm olaraq yüksək səviyyəli siyasi dialoq və parlamentlərarası fəal əməkdaşlıq mövcuddur. Latviyamnı gündən-günə daha da gücləndirilməsində və Latviya və Azərbaycan arasında dostluq əlaqələrinin qurulmasında əməyi keçən bütün insanlara təşəkkürümü bildirirəm”.

Vija Buşa deyib ki, bu il ərzində Latviya və Azərbaycan arasında siyasi dialoq çox fəal olub:     Azərbaycan Cənubi Qafqazda Latviya üçün əhəmiyyətli iqtisadi tərəfdaşdır. Son iki il ərzində ticarət dövriyyəsi artıb. Biz məhsulların müxtəlifliyindən çox məmnunuq.

Bundan əlavə Latviyanın 14 bələdiyyəsi ilə Azərbaycanın bələdiyyələri arasında fəal əməkdaşlığı inkişaf etdirmişik. Latviya eyni zamanda  müxtəlif tvinniq layihələri və digər inkişaf əməkdaşlıq layihələri çərçivəsində də öz təcrübələrini bölüşməyə hazırdır. Sevindirici haldır ki, Azərbaycanlı gənclər arasında  Latviya da təhsilə böyük maraq görürük. İnsanlar arasındakı əlaqələr də ildən- ilə genişlənir.

Latviya Səfirliyi 2021-2024-cü illər üçün Azərbaycanda NATO-nun əlaqələndirici səfirliyi vəzifəsini yerinə yetirir. Səfirlik eyni zamanda 2023-cü ilin fevral ayına kimi Azərbaycanda Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutları Qrupuna (EUNİC) prezidentlik  funksiyasını da həyata keçirir.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında deyib ki, iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Bu əlaqələr yüksək səviyyəli qarşılıqlı səfərlər çərçivəsində daha da dərinləşir: “Latviya Azərbaycan üçün mühüm iqtisadi tərəfdaşdır. Bu ilin mayında Riqada keçirilən hökumətlərarası komissiyanın iclasında mühüm nəticələr əldə olunub. Bizim əlaqələrimiz qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlığa əsaslanır".

Nazir xatırladıb ki, iki il əvvəl 44 günlük müharibədə Azərbaycan 30 ildir işğal altında olan ərazilərini azad edərək ədaləti və hüquq bərpa edib. "Bu mübarizədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdən biri də Latviya idi. Dost Latviya Respublikasına təşəkkür edirik. Əməkdaşlığımız üçün böyük potensial var və əminəm ki, bu münasibətlər daha da inkişaf edəcək".

 





24.11.2022    çap et  çap et