525.Az

Humay Quliyeva haqqında çəkilmiş sənədli film təqdim edilib - VİDEO


 

Humay Quliyeva haqqında çəkilmiş sənədli film təqdim edilib - <b style="color:red">VİDEO</b>

Yazıçı və xeyriyyəçi Humay Quliyeva haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı "Yerin hər zaman görünəcək, Humay" sənədli filmi təqdim edilib.

525.az xəbər verir ki, filmdə Humay Quliyeva ilə birlikdə təhsil almış, çalışmış dostları xatirə və təəssüratlarını bölüşüblər.

Filmin təqdimatı ADA Universitetində baş tutan "Huma quşu" Təhsilə Yardım Fondunun təqdimat mərasimində baş tutub.

Qeyd edək ki, Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı, Komitənin xətti ilə Kolumbiyanın Medeyin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən, yazıçı və xeyriyyəçi Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə yaradılıb.

Aytac Səhəd

 





24.11.2022    çap et  çap et