525.Az

Britaniya müharibə başlayandan bəri ilk dəfə Ukraynaya helikopter göndərir


 

Britaniya müharibə başlayandan bəri ilk dəfə Ukraynaya helikopter göndərir<b style="color:red"></b>

Britaniya, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə olaraq Ukraynaya helikopterlər göndərəcəyini açıqlayıb.

525.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Norveçə rəsmi səfəri zamanı ölkəsinin Ukraynaya hərbi yardım çərçivəsində helikopterlər təqdim edəcəyini açıqlayıb. Bundan əlavə, Uolles Ukraynanın Rusiyadan müdafiəsinə kömək etmək üçün əlavə 1000 artilleriya mərmisinin veriləcəyini bildirərək: "Ukraynaya dəstəyimiz sarsılmazdır. Bu əlavə mərmilər Ukraynaya son həftələrdə Rusiyadan geri aldığı ərazilərin təhlükəsizliyini təmin edəcək", - deyib.

Müdafiə Nazirliyindən verilən açıqlamada, artilleriya mərmilərinin Ukraynanın müdafiə qabiliyyətini artıracağı və mühüm axtarış-xilasetmə imkanları təmin etmək üçün "Sea King" tipli helikopterlərin Ukraynaya gəlişi ilə ilk tədarükünün həyata keçiriləcəyi vurğulanıb. Ukraynaya bu yeni müdafiə dəstəyi, Britaniyanın Baş naziri Rişi Sunakın ötən həftə sonu Kiyevə səfəri zamanı Ukraynaya 50 milyon funt-sterlinqlik müdafiə yardımı edəcəyini elan etməsindən sonra elan edilib.

Qeyd edək ki, yerli mətbuatda yer alan xəbərlərdə, Ukraynaya 3 "Sea King" helikopterinin veriləcəyi, onlardan birinin isə artıq Ukraynada olduğu bildirilib.

Məhəmməd Tağıyev

 





24.11.2022    çap et  çap et