525.Az

Dövlət şirkətləri məhkəməyə verilib


 

Dövlət şirkətləri məhkəməyə verilib<b style="color:red"></b> Azərbaycanda dövlət şirkətləri məhkəməyə verilib.

Bu barədə Lent.az-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Belə ki vətəndaş Gülnarə Hüseynova  “Azərsu” ASC-ni məhkəməyə verib. O, ona vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəməyə verilən digər qurum isə Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-dir.

”Azəriqaz”-dan əsassız hesablanmış borcun silinməsi tələb olunur.
 
Bundan başqa, “Bakıelektrikşəbəkə” və eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi də məhkəmə qarşısında cavab verəcəklər.
 





24.06.2014    çap et  çap et