525.Az

Yunanıstanda baş verən qarşıdurmada 78 nəfər həbs edilib


 

Yunanıstanda baş verən qarşıdurmada 78 nəfər həbs edilib<b style="color:red"></b>

Yunanıstanın paytaxtı Afinada partlayıcıdan istifadə edilən hücumdan sonra baş verən qarşıdurmada iştirak edən 78 nəfərin həbs edildiyi bildirilib.

525.az xəbər verir ki, Yunanıstan Polis Xidmətindən verilən açıqlamada, polisin dünən səhər saatlarında başladığı əməliyyatın axşam saatlarına qədər davam etdiyi bildirilib. Partlayışda şübhəli bilinən şəxslərdən biri "işğal evləri"ndə saxlanıldıqdan sonra binanın terrasına çıxan bir qrup fəal, daş və buna bənzər əşyalar ataraq polisin qarşısını almağa çalışıb. Nəticədə 7 polis yaralanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisələrdə iştirak edən çoxlu sayda şəxs saxlanılıb. Yunan polisi daha sonra 78-nin həbs edildiyini açıqlayıb. Yunan mətbuatı həbs edilən şəxslərdən birinin "Real News" qəzeti və "Real FM" radiosunun yerləşdiyi binada baş verən partlayışda şübhəli bilindiyini yazıb. Hadisələr zamanı saxlanılanlar arasında mükafatlı fotojurnalist Nikos Pilos və hamilə bir qadının da olduğunu bildirib.

Qeyd edək ki, Yunanıstanda fəaliyyət göstərən Xarici Jurnalistlər Birliyi (FPA) isə açıqlamasında dərnək üzvü Pilosun saxlanılmasını pisləyib.

Məhəmməd Tağıyev

 





24.11.2022    çap et  çap et