525.Az

Ukraynadan Keniyaya 25 min ton buğda dəstəyi


 

Ukraynadan Keniyaya 25 min ton buğda dəstəyi<b style="color:red"></b>

Uzun müddətdir ki, kifayət qədər yağış yağmadığı üçün quraqlıqla mübarizə aparan Keniya Ukraynadan 25 min ton buğda dəstəyi alıb.

525.az xəbər verir ki, Keniya vitse-prezidenti Riqati Qaçaqua Ukraynadan göndərilən 25 min ton buğdanı aldıqlarını açıqlayıb. Ölkəsində quraqlığın davam etdiyini bildirən Qaçaqua, qəbul edilən buğdanın ərzaq problemi olan bölgələrə paylanacağını bildirib. Qaçaqua: "Resurslarımız iqlim dəyişikliyinin təsirləri ilə mübarizə üçün kifayət deyil. Biz quraqlığın təsirlərini minimuma endirmək üçün kömək istəyirik", - deyib.

BMT-nin məlumatına görə, Keniyada ən azı 4,35 milyon insanın qida problemi var. 5 milyona yaxın insanın isə quraqlıq səbəbindən lazımi təmiz suya çıxışı yoxdur.

Qeyd edək ki, Şərqi Afrikada Keniya ilə yanaşı, Somali və Efiopiya da quraqlıqdan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Üç ölkədə ən az 36 milyondan çox insan quraqlıqdan mənfi təsirlənib.

Məhəmməd Tağıyev

 





24.11.2022    çap et  çap et