525.Az

ÜST Meymun Çiçəyi virusunun adını dəyişmək qərarına gəlib


 

ÜST Meymun Çiçəyi virusunun adını dəyişmək qərarına gəlib<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatı Meymun Çiçəyinin adını "MPOX" adlandırmağı planlaşdırır.

525.az xəbər verir ki, bu ərəfələrdə açıqlanması gözlənilən qərar, ÜST-nın yayda Meymun Çiçəyi virusu üçün yeni ad təkliflərini nəzərdən keçirmək razılığından sonra veriləcək. ÜST ənənəvi olaraq beynəlxalq sağlamlıq fövqəladə halları elan etmək və sonra ayrı-ayrı ölkələr tərəfindən qəbul edilən xəstəliklərə adlar təklif etmək də daxil olmaqla, ictimai səhiyyə məsələlərinin qlobal koordinatoru kimi çıxış etmişdir. Lakin Bayden administrasiyası, virusun adının, xüsusən də rəngli insanlar arasında stiqmanı dərinləşdirməsindən narahat olduğunu söyləyib. İctimai səhiyyə mütəxəssisləri eyni şəkildə, 1958-ci ildə aşkar edildikdə Meymun Çiçəyi adlandırılan virusun Afrika haqqında irqçi stereotipləri canlandırdığını və qlobal reaksiyanı sarsıtdığını müdafiə ediblər.

Qeyd edək ki, iyun ayında yayımlanan birgə bəyanatda bir qrup elm adamı: "Mövcud qlobal pandemiya kontekstində bu virusa daimi istinad və Afrika adlandırılması yalnız qeyri-dəqiq deyil, həm də ayrı-seçkilik və damğalamadır", - deyə bildirmişdilər.

Məhəmməd Tağıyev

 





24.11.2022    çap et  çap et