525.Az

Qubada Abbasqulu Ağa Bakıxanovun 220 illiyi qeyd edilib


 

Qubada Abbasqulu Ağa Bakıxanovun 220 illiyi qeyd edilib<b style="color:red"></b>

Qubada görkəmli yazıçı, alim ictimai xadim Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. Dövlət strukturlarının təmsilçiləri, tanınmış elm mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Abbasqulu Ağa Bakıxanovun Amsar kəndində yerləşən ev-muzeyini, həmçinin ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Quba şəhərindəki Yaşıl Teatrda keçirilən yubiley tədbirində mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edib: "Prezident İlham Əliyevin Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncamının icrası ilə əlaqədar nazirlik müvafiq dövlət strukturları ilə birgə geniş tədbirlər planı hazırlayıb". Abbasqulu Ağa Bakıxanovun zəngin həyat yolu, fəaliyyəti yaradıcılığından söhbət açan Vaqif Əliyev görkəmli ictimai xadimin tarix elminə ictimai həyata, Azərbaycan maarifçiliyinə verdiyi töhfələrin, xüsusilə gənclər arasında yaydığı maarifçilik ideyalarının əhəmiyyətini vurğulayıb.

Tədbirdə qeyd olunub ki,1794- il iyunun 21- Bakı şəhərinin yaxınlığındakı Əmircan kəndində anadan olan Abbasqulu Ağa Bakıxanov Azərbaycan elminin tarixində mühüm rol oynayan böyük alimlərdəndir: "O, "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya sair elmlərə aid əsərləri onun hərtərəfli biliyə malik alim olduğunu göstərir. Abbasqulu Ağa Bakıxanov pedaqoji məsələlərlə məşğul olub, uşaqların gənclərin tərbiyəsi ilə bağlı bir sıra əsərlər yazıb. Görkəmli mütəfəkkirin əsas əxlaqi-fəlsəfi əsəri hesab edilən "Təhzibül-əxlaq"da cəmiyyət haqqında fikirlər bir sistem şəklində şərh edilib, gənclər arasında nəcib əxlaq normaları, onun gözəl cəhətləri təbliğ edilib. Azərbaycan Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" Abbasqulu Ağa Bakıxanovun ən böyük elmi əsəridir. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparıb, tarixi abidələrdən, sikkələrdən, padşahların xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, gürcü ləzgi salnamələrindən, çoxlu Şərq mənbələrindən, özündən əvvəlki bir çox alimlərin əsərlərindən istifadə edib. Azərbaycan rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından biri olub. Abbasqulu Ağa Bakıxanov 1847-ci ildə Məkkə şəhərində vəba xəstəliyindən vəfat edib".

Yubiley tədbirində Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev, AMEA-nın Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid başqaları Abbasqulu Ağa Bakıxanovun həyatı fəaliyyəti, onun tarix elminin inkişafında rolu haqqında maraqlı məruzələrlə çıxış ediblər.

Yubiley tədbirinin sonunda A.A.Bakıxanovun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

S.ABDULLAYEVA

 





24.06.2014    çap et  çap et