525.Az

Hulusi Akar və Sergey Şoyqu Suriyanın şimalındakı vəziyyəti müzakirə edib


 

Hulusi Akar və Sergey Şoyqu Suriyanın şimalındakı vəziyyəti müzakirə edib<b style="color:red"></b>

Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akarla Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu noyabrın 24-də telefon danışığı zamanı Suriyanın şimalındakı vəziyyəti müzakirə edib.

525 az xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Nazirlər Ukraynanın dəniz limanlarından taxıl və gübrənin daşınması üzrə “Qara dəniz təşəbbüsü”nün də reallaşmasına dair fikir mübadiləsi aparıblar.

 





24.11.2022    çap et  çap et