525.Az

"Ermənistan heç vaxt müstəqilliyini tam təsdiq edə bilməyib"


 

"Ermənistan heç vaxt müstəqilliyini tam təsdiq edə bilməyib"<b style="color:red"></b>

"Ermənistan heç vaxt rəsmi müstəqilliyini tam təsdiq edə bilməyib".

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanovun İsrailin “The Jerusalem Post” qəzetində dərc olunan “Ermənistan, “İbrahim razılaşması”ndan öyrən, Azərbaycan ilə sülhə imza at” başlıqlı məqaləsində qeyd edilib.

Məqalədə bu yaxınlarda London şəhərində keçirilən “İbrahim razılaşması”nın ildönümü tədbirində Baş nazir Rişi Sunak “İbrahim razılaşması”nın tərəfdarlarının əldə edəcəkləri faydalardan bəhs etməsindən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionun davamlı sabitliyi və inkişafı üçün dayanıqlı sülh, ən düzgün seçimi etməsindən söz açılıb.

Baxmayaraq ki, Qafqazda kontekst nisbətən fərqlidir, Ermənistan Azərbaycan arasında normallaşma prosesində əldə olunacaq divident sülh razılaşmasının açar elementlərindən biri olaraq qalmaqdadır. Regional inteqrasiya və iri infrastruktur layihələrinə rəhbərlik edən Azərbaycan rifah və inkişaf səviyyəsini dinamik artırmaqla, Ermənistana nəqliyyat və iqtisadi əlaqələrin normallaşdırılması və bərpası istiqamətində irəliləməyi təklif edib. Bununla belə, Azərbaycanın praqmatik, reallığa əsaslanan yanaşmasının qarşısında Ermənistanın mövcud olduğu regionun tam inteqrasiya olunmuş hissəsi olmaq üçün davam edən ideoloji və özünə zərər vuran istəksizliyinin şahidi oluruq.

Azərbaycanın qətiyyətli hərbi qələbəsindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana münasibətlərin tam normallaşmasını təklif etməsi dünya miqyasında nadir bir hadisədir. Ermənistanın otuz il davam edən qeyri-qanuni işğalı, qaçqın və məcbur köçkünlərimizin öz doğma yurd-yuvalarından ayrı düşməsi, 44 günlük müharibə zamanı ermənilərin bizim şəhərlərimizə raket hücumlarına baxmayaraq, bu təklif bir daha Azərbaycanın ədavətə, nifrətə son qoymaq istəyini sübut edir. Buna görə də Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyasına əsaslanan beş bənddən ibarət sülh sazişi təqdim etdi.

Səfir Süleymanov artıq Ermənistanın real sülhə doğru hərəkət etməsi vacibliyini söyləyib. Sülh prosesini ləngitmək və ya beynəlxalq aktorları bir-birinə qarşı qoymaq deyil, Ermənistanın gələcəyi üçün məsuliyyəti öz üzərinə götürmək lazımdır.

Ermənistan heç vaxt rəsmi müstəqilliyini tam təsdiq edə bilməyib, torpaqlarında xarici hərbi bazalara və sərhədlərini qoruyan xarici sərhərçilərə malik olmasını nəzərə alaraq, hələ də KTMT, İran və Fransa kimi havadarlarından dəstək istəməkdədir. Bununla belə, regionumuzun və Ermənistanın öz yaxın tarixindən ən bariz dərsi də nəzərdən qaçırmaq olmaz. Əsl sülh danışıqlarından imtina edərək və 30 illik münaqişə ərzində Ermənistan çoxsaylı beynəlxalq vasitəçiliyə malik sülh təkliflərini rədd etdi və öz suverenliyinin xaricdən verilməsi hərtərəfli məğlubiyyətə və Ermənistan vətəndaşlarının nəsilləri üçün böyük fürsət əldən verilməsinə gətirib çıxardı.

Azərbaycan beynəlxalq tərəfdaşların, o cümlədən Britaniya və İsrail şirkətlərinin iştirakı ilə erməni işğalı nəticəsində viran qalmış şəhərlərimizin yenidən qurulmasına və dirçəldilməsinə diqqət yetirdiyi halda, Ermənistanın gecikdirmə taktikası ilə bir daha öz gələcəyini zərbə altında qoyur. Normallaşma təkcə iqtisadi fayda ilə bağlı deyil, həm də köhnə yaraların sağalması, qonşular arasında düşmənçilik və yadlıqların aradan qaldırılması üçün möhkəm zəmin yaradır. Dünya tarixi bunun üçün əlverişli alternativ təklif etmir.

Bu yaxınlarda Azərbaycan Parlamentində İsraildə səfirliyinin açılması qərarı Azərbaycan İsrail arasında tərəfdaşlığı daha da möhkəmləndirəcəkdir. Bununla yanaşı, Azərbaycan israillilərlə fələstinlilər arasında sülhün tərəfdarı və Fələstin xalqının dostu kimi Ramallahda təmsilçilik ofisi açacağını da bəyan edib. Bölgəmiz ətrafında iğtişaşların intensivləşdiyi və dünyada gərginliyin getdikcə daha da artdığı bir vaxtda Ermənistanın sazişlərdən nümunə götürməsinin, gələcəyə baxaraq sülh üçün tarixi fürsəti əldən verməməsinin vaxtı çatıb.

 

 





24.11.2022    çap et  çap et