525.Az

Andrey Sipilin Prezidentin köməkçisi təyin edilib


 

Andrey Sipilin Prezidentin köməkçisi təyin edilib<b style="color:red"></b>

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

525.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, A.Sipilin 2019-cu ildə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.

 





24.11.2022    çap et  çap et