525.Az

Azərbaycanlı diplomatın TDT-dəki missiyası başa çatıb


 

Azərbaycanlı diplomatın TDT-dəki missiyası başa çatıb<b style="color:red"></b>

Türk Dövlətləri Təşkilatı (TDT) baş katibinin müavini Qismət Gözəlovun fəaliyyət müddəti başa çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

O bildirib ki, Q.Gözəlovla görüşüb və TDT-yə, türk dünyasına verdiyi töhfəyə görə azərbaycanlı diplomata təşəkkür edib.

Qeyd edək ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Təşkilatın mərkəzi ofisi İstanbulda yerləşir.

 





24.11.2022    çap et  çap et