525.Az

Vladimir Timoşenko “Şöhrət” ordeni ilə təltif edilib


 

Vladimir Timoşenko “Şöhrət” ordeni ilə təltif edilib<b style="color:red"></b>

Vladimir Vasilyeviç Timoşenko “Şöhrət” ordeni ilə təltif edilib.

525.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 24-də bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, V.Timoşenko 1942-ci il noyabrın 25-də Kiyev şəhərində anadan olub. Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib.

O, 1995-2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

Ehtiyatda olan general-mayordur, iki övladı var.

 





24.11.2022    çap et  çap et