525.Az

Apple fabrikində karantin xaosu


 

Apple fabrikində karantin xaosu<b style="color:red"></b>

"iPhone" fabrikinin rəhbərliyi karantini tənqid edən işçilərə qarşı zorakılıq görüntülərinin üzə çıxmasından sonra onlardan üzr istəyib. Çin hökuməti isə fabrikdə karantin istəməyən işçilərin yaşadığı şəhəri tamamilə karantinə alıb.

525.az xəbər verir ki, Çinin Çençjou şəhərindəki dünyanın ən böyük "iPhone" fabrikində koronavirus tədbirlərini tənqid edən işçilər tətilə çıxıb və fabriki tərk etmək istəyiblər. Etiraz edən işçilərə təhlükəsizlik qüvvələri tərəfindən çox sərt müdaxilə edilib. Bu görüntülərin ardından Çin hökuməti bu dəfə bütün şəhərin karantinə alınması haqqında qərar qəbul edib.

"Foxconn" şirkətinə məxsus Apple fabriki də mövzu ilə bağlı açıqlama verərək üzr istəyib.

Çin şirkətinin işçilərindən bəziləri ötən ay epidemiya ilə bağlı kifayət qədər tədbir görülmədiyi və xəstələnən həmkarlarına kömək edilmədiyi səbəbi ilə işdən çıxıblar. Firma bonuslar vəd edərək işçiləri geri qaytarmağa məcbur etmişdi. 

"Foxconn" şirkəti üzrxahlıq açıqlamasında bonus məsələsinə də toxunub. Şirkət, bonusların "texniki nasazlıq" səbəbindən gecikdiyini iddia edib. Çin Daxili İşlər Nazirliyinin sözçüsü Kao Litian isə "Foxconn" şirkəti ilə bağlı suallara cavab verməyib.

Fərid Sançar

 





24.11.2022    çap et  çap et