|
|
|
|
Almaniyada bir muzeydən oğrular təxminən 1,6 milyon avro dəyərində Kelt qızılını oğurlayıblar.
525.az xəbər verir ki, polis gecə yarısı Bavariyanın Mançinq şəhərindəki muzeydən 9 dəqiqəlik oğurluq nəticəsində yüzlərlə sikkənin oğurlandığını bildirib. Oğruların muzeyin siqnalizasiya sistemini sıradan çıxartdığı ehtimal olunur.
Polis oğurluğun əvvəlkilərlə əlaqəsinin olub-olmadığını araşdırır. Səlahiyyətlilər oğurluğun arxasında mütəşəkkil cinayətin dayandığını güman edirlər.
Qeyd edək ki, 2017-ci ildə Berlindəki bir muzeydən 100 kq qızıl sikkə oğurlanıb. İki il sonra oğrular Drezdendəki Yaşıl Vault muzeyində CCTV kamerasına düşən almaz soyğununda 21 ədəd zinət əşyası və digər qiymətli əşyaları oğurlayıblar.
Malik Atilay