525.Az

Meksikada silahlı hücumda jurnalist həlak olub


 

Meksikada silahlı hücumda jurnalist həlak olub<b style="color:red"></b>

Meksikanın Verakruz ştatında jurnalist taksidə güllələnib. 

525.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Xalapa şəhərində “AX Noticias” qəzetinin müxbiri Pedro Pablo Kumula silahlı hücum edilib. 

Xəbərdən sonra hadisə yerinə gələn təhlükəsizlik qüvvələri Kumulun öldüyünü müəyyən edib. Digər tərəfdən, "Azucar FM"də aparıcı kimi çalışan jurnalist Fransisko Hernandesdən noyabrın 20-dən bəri heç bir xəbər olmadığı bildirilir. 

Amerikalararası Mətbuat Assosiasiyası (SIP) Kumulun qətlini pisləyərək, dövlətdən qətlə "dərhal və hərtərəfli" aydınlıq gətirməsini və itkin düşən Hernandesin tez bir zamanda tapılmasını tələb edib. Argentinanın Mətbuat Azadlığı Komitəsinin sədri Karlos Cornet Meksikada jurnalistlərə qarşı cinayətlərin iki dəfə artdığını və onların əksəriyyətinin cəzasız qaldığını açıqlayıb.

Qeyd edək ki, Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) məlumatına görə, 2000-ci ildən bəri ölkədə qətlə yetirilən jurnalistlərin sayı 155-i keçib.

Malik Atilay

 





24.11.2022    çap et  çap et