Kolumbiya Prezidenti Qustavo Petro Venesuelada hökumət və müxalifət arasında danışıqların Meksikada yenidən başlayacağını açıqlayıb.
525.az xəbər verir ki, "Venesuela müxalifəti ilə Maduro hökuməti arasında dialoq noyabrın 25-26-da Meksikada yenidən başlayacaq", - deyə "Twitter" hesabında paylaşım edən Petro bildirib.
Yerli mətbuatın yazdığına görə, Venesuela Petronun sözləri ilə bağlı hər hansı açıqlama verməsə də, tərəflərin danışıqlar masasına müsbət baxdığı hesab edilir.

Malik Atilay
çap et