525.Az

Rusiya "Moskviç" brendini yenidən canlandırır


 

Rusiya "Moskviç" brendini yenidən canlandırır<b style="color:red"></b>

Rusiyada məşhur "Moskviç" markalı avtomobillərin kütləvi istehsalına, Fransanın "Renault" şirkətinin Rusiya dövlətinə verdiyi müəssisədə başlanılıb.

525.az xəbər verir ki, "Renault"nun "1 rubl" müqabilində Rusiya dövlətinə verdiyi Moskva yaxınlığındakı zavodda "Moskviç"in yeni modeli "Moskviç 3"ün kütləvi istehsalına başlanılıb. Mərasimdə çıxış edən Moskva meri Sergey Sobyanin, fabrikdə istehsalın bərpasını "tarixi" hadisə kimi qiymətləndirərək: "Renault getdikdən sonra istehsal dayanmış kimi görünürdü. Lakin bu hadisə yeni istehsalın canlanmasına yeni təkan oldu", - deyib.

Fabrikdə ilin sonuna qədər 600 avtomobil istehsalı planlaşdırıldığı halda, istehsalın 2024-cü ildə ildə 100 min avtomobilə çatdırılması gözlənilir. "Renault" ilə yanaşı, "Nissan" və "Mercedes" kimi Qərb avtomobil şirkətləri də Rusiyadan çəkilmək qərarına gəlmişdi. Yaponiyanın "Nissan" şirkətinin Rusiyadakı bütün aktivləri də Rusiya dövlətinə keçib.

Qeyd edək ki, Rusiyada avtomobil satışları oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62,8 faiz azalaraq, 45 minə düşüb.

Məhəmməd Tağıyev

 





24.11.2022    çap et  çap et