525.Az

Zəlzələdən 2 gün sonra dağıntılar altından uşaq çıxarılıb


 

Zəlzələdən 2 gün sonra dağıntılar altından uşaq çıxarılıb<b style="color:red"></b>

İndoneziyada 5,6 bal gücündə zəlzələdən iki gün sonra dağıntılar altından bir uşaq xilas edilib. 

525.az xəbər verir ki, Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) rəhbəri Suharyanto noyabrın 21-də ölkənin Qərbi Yava əyalətində baş verən zəlzələdən iki gün sonra 6 yaşlı uşağın dağıntılar altından çıxarıldığını açıqlayıb.

İndiyə qədər 271 nəfərin həyatını itirdiyi zəlzələdə ən az 40 nəfərin hələ də itkin düşdüyünü qeyd edən Suharyanto 2043 nəfərin yaralandığını bildirib. Suharyanto ölənlərdən 100-nün uşaq olduğu təsdiqləyib. 

Qeyd edək ki, sığınacaqlarda təxminən 62 min adamın qaldığını deyən Suharyanto, axtarış-xilasetmə qruplarına, polisə və könüllülərə dəstək olmaq üçün zəlzələnin baş verdiyi bölgəyə 12 min ordunun yerləşdirildiyini qeyd edib.

Malik Atilay

 





24.11.2022    çap et  çap et