525.Az

ABŞ Ukraynaya əlavə 400 milyon dollar hərbi yardım edəcək


 

ABŞ Ukraynaya əlavə 400 milyon dollar hərbi yardım edəcək<b style="color:red"></b>

ABŞ dövlət katibi Antoni Blinken Amerika ordusunun inventarından Ukraynaya 400 milyon dollarlıq əlavə sursat və texnika verəcəklərini açıqlayıb. 

525.az xəbər verir ki, Blinkenin yazılı bəyanatında deyilib: “Birləşmiş Ştatlar Kremlin kritik enerji infrastrukturuna şiddətli hücumları da daxil olmaqla, Ukraynanın özünü müdafiə etməsinə kömək etmək üçün əlavə hərbi yardımla Ukraynaya dəstəyini davam etdirir”. 

Prezident Co Baydenin verdiyi səlahiyyətə əsaslanaraq 26-cı dəfə silah və texnikanı ABŞ inventarından çıxaracaqlarını ifadə edən Blinken, Müdafiə Nazirliyinin inventarından çıxarılan 400 milyon dollarlıq paketin içərisində əlavə silah-sursatların olduğunu açıqlanıb. 

Blinken bildirib ki, bu paketlə Ukraynaya ümumi hərbi yardım təxminən 19,7 milyard dollara çatacaq. Verdikləri artilleriya sursatları, hava hücumundan müdafiə raketləri və taktiki vasitələrin döyüş meydanında Ukraynaya fayda verdiyini vurğulayan Blinken: "Fransa və Böyük Britaniya da səylərimizdə iştirak edir", - deyib.

O, həmçinin qeyd edib ki, İsveçin son hava hücumundan müdafiə öhdəliyi təxminən 300 milyon ABŞ dolları dəyərindədir. 

"Biz Ukraynanın özünü müdafiə etməyə davam etməsi və vaxtı gələndə danışıqlar masası arxasında mümkün qədər güclü mövqe tutması üçün nə qədər vaxt aparsa da, onu dəstəkləməyə davam edəcəyik", - dövlət katibi əlavə edib.

Malik Atilay

 





24.11.2022    çap et  çap et