525.Az

Makron: Yeni nizama kütləvi keçid edildi


 

Makron: Yeni nizama kütləvi keçid edildi<b style="color:red"></b>

Fransa Prezidenti Emmanuel Makron köhnə nizamdan yeni nizama kütləvi keçidin edildiyini bildirib.

525.az xəbər verir ki, Parisdəki Yelisey sarayında bəzi ukraynalı bələdiyyə başçıları ilə yanaşı fransız bələdiyyə başçılarını da qəbul edən Makron, buradakı çıxışında Fransa cəmiyyətindəki dəyişikliklərə diqqət çəkib. Makron, zorakılıqların cəmiyyətlərdə kök saldığını bildirərək: "Bizi təmsil edən insanları seçdiyimiz üçün demokratiyada nifrət və zorakılığa yer yoxdur", - deyib. Fransanın müxtəlif xarici ərazilərində baş verən son "zorakılıq hadisələri"nə toxunan Makron: "Biz köhnə nizamdan yeni nizama kollektiv keçid edirik. Bütün gərginliyə səbəb olan da budur", - ifadələrini işlədib.

Son illərdə "sarı jiletlilər", COVID-19 epidemiyası, müharibə və enerjinin Avropa qitəsinə qayıtması kimi böhranlardan keçildiyini vurğulayan Makron, başqa böhranların yaşanacağını da bildirib. Ukrayna-Rusiya müharibəsinə toxunan Makron, Rusiyanın Ukrayna xalqını ümidsizliyə sövq etmək istədiyini bildirib. Rusiyanı nəzərdə tutaraq: "Hədəflər artıq hərbi deyil, hücuma məruz qalanlar təkcə döyüşçülər deyi", - deyən Makron, dekabrın 13-də Parisdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ukraynaya dəstək konfransına həmsədrlik edəcəklərini bildirib.

Qeyd edək ki, bu müharibənin fransızlar üzərində birbaşa nəticələrindən bəhs edən Makron, fransızların inflyasiya və enerji ilə bağlı narahatlıqlara diqqət yetirdiyini, enerji qiymətlərinin artmasının bələdiyyələrə də təsir etdiyini qeyd edib.

Məhəmməd Tağıyev

 





24.11.2022    çap et  çap et