525.Az

Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi aparılıb


 

Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi aparılıb<b style="color:red"></b>

Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsinin aparıldığı açıqlanıb.

525.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 35 rus əsgərinin azad edildiyi bildirilib. Açıqlamada, lazımi tibbi və psixoloji dəstək alan əsgərlərin nazirliyə aid təyyarələrlə paytaxt Moskvaya aparılacağı bildirilib. Bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak Telegram kanalında: "Biri mülki, 35-i hərbçi olmaqla ümumilikdə 36 vətəndaşı evlərinə gətirdik", - deyə məlumat verib. Bunların arasında Ukraynanın Mariupol şəhərindəki "Azovstal" fabrikində döyüşən əsgərlər və müharibənin ilk günlərində Çernobıl Atom Elektrik Stansiyasında əsir düşən əsgərlərin də olduğunu vurğulayan Yermak, 8 ay əsirlikdə olan vətəndaşları da xilas edə bildiklərini vurğulayıb.

Qeyd edək ki, noyabrın 3-də Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi çərçivəsində, 107 Rusiya və 107 Ukrayna əsgəri qarşılıqlı olaraq azad edilmişdi.

Məhəmməd Tağıyev

 





25.11.2022    çap et  çap et